Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Tag qanun

İşəgötürənin əməyin mühafizəsi üzrə öhdəlikləri

Hər bir kəsin təhlükəsiz əmək şəraitində əməklə məşğul olmağa konstitusiya hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ müddəalar Əmək Məcəlləsində əks olunub. İşəgötürən işçilərin sağlamlığının qorunmasını və təhlükəsizliyini təmin etməlidir. İşəgötürən əməyin sağlam və təhlükəsiz şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə…

Dividend nədir? Kimlərə verilir?

Dividendlər (ing. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsidir. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi…

Qısa idxal bəyannəməsi haqqında

AR-nın Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018- ci il tarixli dəyişikliyə əsasən malların gömrük ərazisinə gətirilməzdən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Bu qayda fiziki…

Riskli əməliyyat meyarları

Vergi ödəyicilərinin nəzərinə! Vergi ödəyiciləri təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; Vergi ödəyiciləri aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq…

Xəstəliyə görə məzuniyyət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 günə görə işəgötürən tərəfindən, növbəti günlərə görə isə icbari dövlət sosial sığorta üzrə ödənişlər hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin itirilməsi müddəti üzrə bərpa olunanadək (və ya əlillik…

Gömrük Brokeri kimdir?

Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranzit ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük brokeri öz fəaliyyətini AR-nın Gömrük Məcəlləsinə və AR-nın Gömrük Komitəsinin qəbul etdiyi notmativ hüquqi aktlara…

Vergi ödəyicisi bank hesabı necə açmalıdır?

Vergi ödəyicisi “online kargüzarlıq”-a daxil olmaqla hesab açmaq istədiyi bankı seçərək şəhadətnamə-dublikat göndərilməsi üçün vergi orqanına ərizə ilə müraciət etməlidir. Vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı seçilmiş banka göndərir. Şəhadətnamə-dublikat banka çatdıqdan sonra vergi ödəyicisi banka…

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlər…

Öz biznesini qurmaq və genişləndirmək istəyən sahibkarlar hara müraciət edə bilər?

Öz biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-ya və ya Agentliyin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişafı etdirilməsi üçün informasiya, məsləhət,…