Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

İşəgötürənin əməyin mühafizəsi üzrə öhdəlikləri

Hər bir kəsin təhlükəsiz əmək şəraitində əməklə məşğul olmağa konstitusiya hüququ vardır.

Əməyin mühafizəsi üzrə normativ müddəalar Əmək Məcəlləsində əks olunub.

İşəgötürən işçilərin sağlamlığının qorunmasını və təhlükəsizliyini təmin etməlidir. İşəgötürən əməyin sağlam və təhlükəsiz şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarət edir, bu sahədə baş verən dəyişikliklər barədə işçiləri müntəzəm qaydada və vaxtında məlumatlandırır.

Əmək Məcəlləsi və qanunvericilik aktları bu müddəaları təfsilatı ilə əks etdirir, məsələn:

  • əməyin mühafizəsi üzrə idarəetmə sisteminin yaradılması və fəaliyyəti;
  • əməyin mühafizəsi qaydalarının təsdiq edilməsi və yenidən baxılması;
  • istehsalatda bədbəxt hadisələrin istintaqı və uçotu;
  • iş yerlərinin attestasiyası;
  • işçilərin əməyin şəraiti və mühafizəsi haqqında məlumatlandırılması, təhlükəsizlik texnikası üzrə təlimatlandırma;
  • qabaqcıl texnologiyaların, istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrinin, erqonomik tələblərin, əməyin mühafizəsi sahəsində müsbət təcrübənin tətbiqi;
  • işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sosial sığortası;
  • tibbi müayinələrin təşkili;
  • Əmək Məcəlləsi üzrə digər öhdəliklər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir