Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Gömrük Brokeri kimdir?

Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranzit ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.

Gömrük brokeri öz fəaliyyətini AR-nın Gömrük Məcəlləsinə və AR-nın Gömrük Komitəsinin qəbul etdiyi notmativ hüquqi aktlara uyğun həyata keçirir.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.

Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi məqsədi üçün gömrük brokeri bəyannaməçi rolunda çıxış edərək qeyd olunan yüklər və nəqliyyat vasitələri üzrə gömrük bəyannamələri təqdim etmək iqtidarındadır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir