Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
“Ağ Finans” biznesinizin daha səmərəli və şəffaf idarə edilməsi üçün maliyyə, vergi və mühasibatlıq xidmətlərini təklif edir.
Müəssisə vəsaitlərinin planlaşdırılması – maliyyə, vergi və digər hesabatları, layihələri, tender əməliyyatları və digər biznes prosesləri idarə edən və onlar haqqında bütün məlumatları vahid bazaya yığan proqramdır.
Biznes plan şirkətin fəaliyyətini struktur halına gətirir, şirkət rəhbərliyi önündə qoyduğu məqsədləri aydın şəkildə göstərir və onlara çatmaq üçün addımlar qoyur.
Məqsədi mövcud və ya planlaşdırılan layihənin üstünlüklərini və nöqsanlarını, iqtisadi sahədə olan imkanları və təhlükələri və layihəni icra etmək üçün tələb olunan resursları və uğur qazanmaq üçün perspektivləri göstərir. Səmərəlilik qiymətləndirilməsi şirkətin və ya layihənin tarixi, malın və ya xidmətin təsviri, mühasibat hesabatları, marketinq araşdırmaları, maliyyə məlumatları və digər məsələlər haqqında xəbər verir. Bu növ qiymətləndirilmə layihənin başlanmasından öncə olur.
Mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.
Mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.
Hədəfimiz göstərilən xidmət keyfiyyəti ilə sektorda tanıtım və etibarlılıq qazanmaqdır.