Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Hədəfimiz maliyyə xidmətləri sektorunda göstərdiyimiz xidmət keyfiyyəti ilə fərq yaratmaqdır.
Bizim dəyərlərimiz missiyamız və vizyonumuz ilə sıx əlaqəlidir. Bu dəyərlər bizim əməkdaşlarımıza, müştərilərimizə və partnyorlarımıza olan münasibətlərimizi əks etdirir. Onlar bizim hansı məsələlərə üstünlük verdiyimizi göstərir və müştərilərimizin iş prosesinə olan müsbət təsirimizi təyin edir.
Şirkətimizin yeddi dəyəri əməkdaşlıq etdiyimiz şirkətlərlə münasibətimizdə qarşılıqlı inam yaratmağa və problemli məsələləri həll etməyə yönələn məqsədimizi əks etdirir.
Bu prinsip bizim üçün ən üstün dəyərlərdən biridir. Müştərilərin məmnuniyyətinə onların problemlərinin həll olunmasında iştirak etmək və işlərini tam şəkildə yerinə yetirmək ilə nail olmaq olar. Biz öhdəliyimizə düşən vəzifəni dəqiq və sürətlə icra edirik.
“Ağ Finans” şirkəti olaraq biz anlayırıq ki, işin səmərəli nəticəsi üçün digər insanların arzularına və dəyərlərinə hörmətlə yanaşmaq lazımdır.
Biz işimizi açıq, şəffaf və əminlik yarada biləcək şəkildə görürük ki, müştərilərimiz mümkün qaranlıq məqamlarla üzləşməsinlər. Doğruluq bizim üçün prioritetdir və biz müştərilər ilə ünsiyyətdə tam dürüst davranırıq.
Göstərdiyimiz xidmətin səviyyəsinin yüksək olması, müştərilərimizin problemli məqamlarla üzləşməməsi və onların iş konfidensiallığının qorunması məqsədi ilə biz işimizi dəqiq və məsuliyyətlə icra edirik.
“Ağ Finans” şirkəti əməkdaşlarının peşəkar biliklərinin aktuallığının qorunmasına və professional kadr yetişdirməyə önəm verir. Biz həmçinin sahibkarların maliyyə savadlılığının artırılmasında ciddi maraqlıyıq.
Digər şirkətlərin iş prosesinə müsbət təsir göstərmək məqsədi ilə bizim əməkdaşlarımız vahid komanda şəklində fəaliyyət göstərirlər. Bizim gücümüz əməkdaşlarımız arasında olan xoş münasibətdədir.
“Ağ Finans” şirkəti olaraq biz əminik ki, səmərəli və uğurlu işin əsas səbəbləri iş yerində özünü xoşbəxt hiss edən işçi, xidmətin keyfiyyətindən olduqca razı olan müştəri və bütün maraqlı tərəflərin məmnunluğudur.
“Ağ Finans” şirkəti olaraq biz maliyyə sektoru üçün peşəkar kadrlar yetişdirir və bu sahədə sahibkarların maarifləndirilməsi fəaliyyətini həyata keçiririk. Maliyyə bazarında özünü doğrulda bilən peşəkar işçilərin sayının artırılması məqsədi ilə şirkətimiz professional bacarıqların öyrədilməsi və tətbiqi məsələlərinə önəm verir.
“Ağ Finans” şirkəti olaraq qarşımıza böyük məqsədlər qoyuruq. Biz müştəri yönümlü maliyyə menecmenti xidmətləri göstəririk və sahibkarların biznes idarəetməsində qarşılaşdıqları problemli məqamların effektiv həllərini təqdim edirik. Bizim bu siyasətimiz Azərbaycanda biznes sektorunun inkişafına dəstək xarakteri daşıyır.
“Ağ Finans” şirkəti olaraq vizyonumuz ölkəmizdə qurulmaqda olan şəffaf və effektiv maliyyə-mühasibatlıq sisteminin vacib hissəsi olmaq, bu sahədə peşəkar bilik və bacarıqların öyrənildiyi və praktiki olaraq tətbiq edildiyi unikal beyin mərkəzinə çevrilməkdir.
Hədəfimiz göstərilən xidmət keyfiyyəti ilə sektorda tanıtım və etibarlılıq qazanmaqdır.