Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Karyera

Hədəfimiz maliyyə xidmətləri sektorunda göstərdiyimiz xidmət keyfiyyəti ilə fərq yaratmaqdır. Bu istiqamətdə bizimlə birlikdə əməkdaşlıq edəcək və dəyər yaradacaq insanlarla əlaqə yaratmaqda maraqlıyıq.

İş imkanları

İnsan resursları siyasətimiz

Bizimlə əməkdaşlıq edən şəxslər şirkətimizin ən dəyərli kapitallarından biridir. “Ağ Finans” şirkəti öz işçiləri üçün rahat iş yerlərini, optimal əmək haqqlarını və uğurlu fəaliyyətlərinin qiymətləndirilməsini təmin edir.

İşə qəbul siyasətimiz

Biz mühasibatlıq sahəsində karyera qurmaq və bu peşəyə aid olan bilikləri mənimsəmək istəyən çevik və dürüst namizədlərlə əməkdaşlıq etməyə şadıq. 

Təcrübə proqramı

“Ağ Finans” biznesinizin daha səmərəli və şəffaf idarə edilməsi üçün maliyyə, vergi və mühasibatlıq xidmətlərini təklif etməklə yanaşı gənclərin hər tərəfli inkişafına önəm verir. Mühasibatlıq sahəsində təcrübə yığmaq istəyən və özləri üçün böyük məqsədlər qoyan gənclər bizim peşəkar biliklərimizdən yararlana bilərlər. Bizim şirkətimiz təcrübəçilər üçün onların biliklərinin real iş tapşırıqlarında tətbiq etməyə, problemli məsələləri həll etməyə və yaranan suallara dəqiq cavab almağa imkan yaradır.

Bizə Yazın