Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Xəstəliyə görə məzuniyyət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 günə görə işəgötürən tərəfindən, növbəti günlərə görə isə icbari dövlət sosial sığorta üzrə ödənişlər hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin itirilməsi müddəti üzrə bərpa olunanadək (və ya əlillik müəyyən edilənədək) sığorta edilən şəxsə ödənilir.

Aşağıdakı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət müəyyən edilmir:

  • işçinin sığorta stajı 6 aydan az olarsa;
  • sağlamlığa qəsdən zərər vurulduqda və ya işdən yayınmaq məqsədi ilə xəstəlik barədə yanlış məlumatlar verildikdə;
  • cari iş yerində sosial sığorta ödənişləri olmadıqda;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçi tərəfindən cinayətin törədilməsinin nəticəsi kimi;
  • məhkəmə qərarı ilə icbari müalicə təyin olunduqda (ruhi xəstələr istisna olmaqla).

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatları özündə birləşdirən əmək haqqı hesabına ödənilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir