Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

SWIFT nədir?

Xaricə pul köçürmək lazımdır? Müasir zamanda banka getmək və dünyanın istənilən nöqtəsinə pul köçürmək asandır, amma bu əməliyyat necə icra olunur?

Pul və qiymətli kağızların beynəlxalq köçürmələrinin əksəriyyətinin arxasında Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti sistemi (SWIFT) dayanır.

SWIFT – Pul köçürmələri təlimatları kimi məlumatların sürətli, dəqiq və təhlükəsiz şəkildə göndərilməsi və əldə edilməsi üçün banklar və digər maliyyə qurumları tərəfindən istifadə edilən geniş mesajlaşma şəbəkəsidir.

SWIFT qlobal maliyyə infrastrukturunun mühüm bir hissəsi olmasına baxmayaraq, özü bir maliyyə qurumu deyil. SWIFT aktivləri saxlamır və onları köçürmür. Həqiqətdə isə SWIFT-in yararlı olmağı öz üzvləri arasında təhlükəsiz və effektiv əlaqə qurma gücündədir.

SWIFT-ə qoşulma xərci 160–200 min dollar təşkil edir Bu da, orta və kiçik banklar üçün böyük məbləğdir. Beynəlxalq bank əməliyyatlarını yerinə yetirmək hüququna malik olan istənilən bank SWIFT-in üzvü ola bilər. SWIFT– ə tam olaraq qoşulma prosesi 4 ay ərzində baş verir.

SWIFT yaranmazdan əvvəl, Teleks platforması beynəlxalq pul köçürmələri üçün yeganə əlçatan vasitə idi. Teleks aşağı sürət, təhlükəsizlik problemləri və ödənişli mesaj formatı ilə çətinləşdi.

Başqa sözlə, Teleks banklara istinad etmək və əməliyyatları təsvir etmək üçün SWIFT-dəki kimi olan vahid kod sisteminə malik deyildi.

1973-cü ildə 6 iri beynəlxalq bank maliyyə əlaqələrini təhlükəsiz və vaxtında ötürəcək qlobal şəbəkənin idarə olunması üçün SWIFT sistemini yaratdı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir