Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

“Mühasibatlığın atası” kim olub?

Hər il noyabrın 10-da qeyd olunan mühasiblərin beynəlxalq peşə bayramı bütün dünya tərəfindən “Mühasibatlığın atası” kimi qəbul olunan italyan maliyyəçisi Luka Paçolinin şərəfinə təsis olunub. 1494-cü ildə Luka Paçoli “Hesablar və yazışmalar haqqında traktat” əsərini nəşr etdirir.

Bu, mühasibatlığın ikili xarakteri haqqında ilk nəşr idi. 500 ildən artıqdır ki, Luka Paçolinin ideyaları uçotun elm kimi inkişafına əvəzsiz təsir göstərir. Luka Paçolinin böyüklüyü təkcə onda deyil ki, o, ikili yazışmanı elmi cəhətdən əsaslandırıb və mühasibatlığın metodoloji əsaslarını yaradıb. O, həm də mühasibat etikasının əsaslarını formalaşdırıb. Artıq mühasibat uçotu həm rəhbərlik, həm də xarici istifadəçilər üçün müəssisənin təsərrüfat fəaliyyəti haqqında tam təsəvvür formalaşdıran informasiya idarəetmə sisteminin malliyyə mərkəzidir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir