Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Bilirdinizmi? Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddır. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Sartap” şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur.
Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır.