Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

İşçi iş yerinə heç bir məlumat vermədən işə gəlmirsə onu işdən azad etmək olar?

Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal 70-ci maddənin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır.

Bu əsasla əmək müqaviləsi ləğv edilərkən işçinin üzürlü səbəb olmadan işə gəlməməsi faktı təsdiq edilməlidir. Bunun üçün telefon vasitəsilə özü və ya hər hansı yaxın qohumu ilə əlaqə saxlanmalı, bu mümkün olmadıqda işə gəlməmə səbəbini bildirməsi üçün ona poçt vasitəsilə xəbərdarlıq göndərilməlidir. Görülən tədbirlər heç bir nəticə vemədikdə işəgötürən bu barədə akt tərtib etməklə əmək müqaviləsini ləğv edə bilər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir