Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Hesab-faktura (İnvoys) nədir?

İnvoyspul köçürmələrini (tranzaksiyaları) sistemləşdirən və qeydə alan kommersiya sənədidir. Əgər alış-satış kredit üzrə həyata keçirilirsə, invoys adətən sövdələşmənin şərtlərini təyin edir və ödənişin yolları haqqında məlumatları təqdim edir.
İnvoysda daxili və xarici əməliyyatları üçün unikal tanınma (identifikasiya) nömrəsi var. İnvoys hesablamalarda səhv olduqda satıcılar və ya xidmət göstərənlər üçün əlaqə məlumatları ehtiva edir.
İnvoysda pul köçürmələri haqqında şərtlər təsvir olunur, habelə endirimlər haqqında məlumat, erkən ödənişlər haqqında detallar və ya ödənişin gecikməsinə görə cərimlər.

İnvoys həmçinin malın bir ədədinə görə qiyməti, alınan malların ümumi miqdarı, yük, daşıma, aidiyyati vergi ödənişləri və borcun toplam göstəricisi haqqında məlumat verir.
Şirkətlər invoys qismində icra edilməyən pul köçürmələri üçün ayın sonunda bəyanət göndərə bilərlər. Belə halda bəyanət qeyd etməlidir ki, hər hansısa bir sonraki invoys göndərilməyəcək.

Hesab-Faktura (invoys) 2 nüsxədə hazırlanır:

  • bir nüsxəsi ödəniş üçün alıcıya (sifarişçiyə) verilir;
  • ikinci nüsxəsi – mühasibatlığa verilir.

Hesab-Faktura mühasib və ya müəssisə rəhbəri tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən hazırlanır (misal üçün, satış şöbəsinin rəhbəri). Hesab-Faktura baş mühasib və müəssisə rəhbəri tərəfindən imzalanır.

Hesab-Fakturalar xronoloji qaydada tikilir və müəssisənin arxivində 5 il müddətində saxlanılmalıdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir