Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Pulun zaman dəyəri nədir? Bu gün sahib olduğunuz 100 manatın, 1 il sonra sahib olacağınız 100 manatla bərabər olmadığı mənasına gəlir. Maliyyələşdirmənin əsas prinsiplərindən, hesab olunan pulun gəlirlilik faizi dərəcəsi müəyyənləşdirildikdə diqqətə alınır ki, istənilən miqdarda pul nə qədər tez geri qaytarılsa daha dəyərli olacaqdır.
FV = PV x [ 1 + (i / n) ] (n x t)
Pulun zaman dəyəri vəziyyətdən asılı olaraq dəyişə bilər.
FV – pulun gələcək dəyəri
PV – pulun cari dəyəri
i – faiz dərəcəsi
n – ildə kompaundlaşdırma dövrlərinin sayı
t – il tarixi
Dövrlərin sayı investisiya qoyuluşunuzun və ya borclarınızın vaxtını müəyyən edir. Adətən illərlə ölçülür. Ancaq rüblük, aylıq və ya gündəlik kimi istənilən vaxt miqyası da ola bilər.
Gələcək dəyəri pulunuzun gələcəkdəki dəyəridir.
Cari dəyər pulunuzun indiki dəyəridir.
Faiz dərəcəsi investisiya müddətində pulunuzdakı artım sürətidir.