Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
Həmçinin, 135-ci maddənin 2-ci bəndində qeyd edilir ki, İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Deməli, işəgötürən bütün işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır.
Amma xüsusi hallarda məzuniyyət hüququndan işçinin istifadə etmə imkanı olmazsa, bu halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verməlidir.
Amma bu halın əsaslandırılması mütləq rəsmiləşdirilməlidir ki, işçi hansı əsaslı səbəbdən əmək məzuniyyətindən istifadə etməyib.