Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmçinin 135-ci maddənin 2-ci bəndində qeyd edilir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Deməli, işəgötürən bütün işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Amma xüsusi hallarda məzuniyyət hüququndan işçinin istifadə etmə imkanı olmazsa, bu halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verməlidir. Amma bu halın əsaslandırılması mütləq rəsmiləşdirilməlidir ki, işçi hansı əsaslı səbəbdən əmək məzuniyyətindən istifadə etməyib.
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması məzuniyyətin hesablanması kimi eyni qaydadır. Misal üçün, hər ay üçün 300 manat əmək haqqı alan işçinin əsas məzuniyyəti 21 təqvim günüdür, əmək stajı 12 il olduğuna görə 4 təqvim günü əlavə məzuniyyəti var. İşçi ilk iş ilinin 8 tam ayında işdən çıxdığına görə, son haqq-hesab üzrə kompensasiya hesablayaq:
Qeyd etdiyimiz kimi, kompensasiya hesablayarkən artıq əmək stajına görə 4 təqvim günü nəzərə alınmır. Deməli, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya görə hesablanacaq məzuniyyət günü – 14 gün (8 ay x 21 gün/12 ay) təşkil edəcək. Həmin 14 günə uyğun hesablanacaq məbləğ isə əmək məzuniyyətində olduğu kimi həyata keçildiyindən 138,16 manat ((300 manat x 8 ay/30.4 x 8 ay) x 14 gün) təşkil edəcək.