Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Azad ticarət sazişi nədir, əsas üstünlükləri və AR-nın hansı dövlətlərlə azad ticarət sazişləri mövcuddur?

Azad ticarət sazişi nədir?

Azad ticarət haqqında saziş iki və ya daha çox ölkə arasında idxal və ixrac maneələrinin azaldılması haqqında sazişdir. Azad ticarət siyasəti çərçivəsində mal və xidmətlər onların dəyişdirilməsinə mane olan minimal və ya sıfır dövlət tarifləri, kvotaları, subsidiyaları və ya qadağaları olan beynəlxalq sərhədlərdən alına və satıla bilər.

Azad ticarit sazişinin əsas üstünlükləri

  • Sazişin bir tərəfinin gömrük ərazisinə aid olan və digər tərəfin gömrük ərazisi üçün nəzərdə tutulmuş malların ixrac və idxalı üçün gömrük rüsumlarının və ona ekvivalent ödənişlərin olmaması;
  • Kvota və digər kəmiyyət məhdudiyyətlərinin tətbiqindən yayınmaq haqqında tərəflərin öhdəlikləri;
  • Ayrıseçkilik əleyhinə olan milli rejim və ən əlverişli ölkə rejiminin tətbiqini nəzərdə tutan qaydalar;
  • Tranzitin azad şəkildə həyata keçirilməsi;
  • Malların mənşəyinin müəyyən edilməsi üzrə xüsusi qaydaların mövcud olması.

Azərbaycan Respublikasının hansı dövlətlərlə azad ticarət sazişləri mövcuddur

  • Rusiya Federasiyası
  • Gürcüstan
  • Qazaxıstan Respublikası
  • Ukrayna
  • Belarus Respublikası
  • Özbəkistan Respublikası
  • Türkmənistan
  • Qırğız Respublikası
  • Moldova Respublikası
  • Tacikistan Respublikası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir