Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Əlavə Dəyər Vergisinin tarixçəsi

İstehsal prosesinin hər bir mərhələsinin vergiyə cəlb edilməsi ideyasının ilk dəfə Almaniyada bir əsr əvvəl ortaya çıxdığı deyilsə də, ƏDV-nin tutulması sxemi 1954-cü ildə fransız iqtisadçı Maurice Laure tərəfindən təqdim edilmişdir.

O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və onun dövriyyədən tutulan vergidən üstünlüyünü əsaslandırmışdır.

Bir çox Avropa ölkələri ƏDV-ni 1960-1970-ci illərdə qəbul etdilər. Almaniya və Fransa Birinci Dünya Müharibəsi zamanı ümumi istehlak vergisi şəklində ƏDV tətbiq edən ilk ölkələr olub.

1982-ci ildən Avropa İttifaqına daxil olmaq istəyən ölkələr üçün vergi sistemlərinə ƏDV-nin daxil edilməsi zəruri şərt kimi müəyyənləşdirilmişdir. Buna görə də hazırda ƏDV Avropa İttifaqının büdcəsinin əsas gəlir mənbəyidir. İttifaqa üzv olan hər bir dövlət ƏDV daxilolmalarının müəyyən faizini bu birliyin büdcəsinə köçürür.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir