Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Tag əməkməcəlləsi

İşəgötürənin əməyin mühafizəsi üzrə öhdəlikləri

Hər bir kəsin təhlükəsiz əmək şəraitində əməklə məşğul olmağa konstitusiya hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ müddəalar Əmək Məcəlləsində əks olunub. İşəgötürən işçilərin sağlamlığının qorunmasını və təhlükəsizliyini təmin etməlidir. İşəgötürən əməyin sağlam və təhlükəsiz şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə…

Xəstəliyə görə məzuniyyət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 günə görə işəgötürən tərəfindən, növbəti günlərə görə isə icbari dövlət sosial sığorta üzrə ödənişlər hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin itirilməsi müddəti üzrə bərpa olunanadək (və ya əlillik…

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlər…

Hansı işçilər istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər?

Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmçinin, 135-ci maddənin 2-ci bəndində qeyd edilir ki, İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək…

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış…

2022-ci ildə əməkhaqqından hansı tutulmalar olacaq

2021-ci ildən bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığorta ilə əlaqədar qeyri-neft və qeyri-dövlət sahələrindəki 8 min manatadək əmək haqqı olanlar üzrə 50 faizlik güzəşt ləğv ediləcək. Beləliklə, 2022-ci ildən əməkhaqqından tutulmaların aşağıdakı kimi olacağı gözlənilir: Gəlir vergisi İcbari…