Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

İnflyasiya nədir, inflyasiyanın növləri və Azərbaycanda inflyasiya

İnflyasiya nədir?

İnflyasiya mal və xidmətlərin keyfiyyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir.

Yalnız qiymətlərin ümumi səviyyəsi qalxdığı zaman inflyasiya baş vermiş hesab olunur. İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”-ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır və ictimaiyyətə təqdim olunur.

İnflyasiyanın növləri

Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növü var:

  • Mülayim (sürünən) inflyasiya
  • Sürətli (dördnala çapan) inflyasiya
  • İfrat (hiper) inflyasiya

İl ərzində qiymətlər 10%-dən çox artmırsa, bu cür inflyasiyaya mülayim və ya sürünən inflyasiya adlandırılır. Mülayim inflyasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır. Çünki, əhali qiymətlərin artımını gözlədikdə onlar daha çox məhsul və xidmətlərdən istifadə etməyə çalışır, nəticədə istehsalçılar təklifi artırır, nəticədə bazarda bolluq yaranır, sahibkarlıq fəaliyyətini stimullaşdırır.

İl ərzində qiymətlər 10%-dən 20%-ə qədər artarsa, ölkədə sürətli inflyasiya yaranacaqdır. Belə infilyasiya iqtisadiyyatda ciddi gərginlik yaradır. Ən azından ölkənin maliyyə kredit sahəsinə ciddi təsir göstərir. Ölkəyə investisiya qoyuluşu azalır. Sürətli inflyasiyada kağız pul qiymətdən düşür, istehlak xidmətlərinin dəyəri əhalinin pul gəlirlərini qabaqlayır.

İl ərzində qiymətlər 100%-dən artıq artarsa, ölkədə ifrat (hiper) inflyasiya meydana çıxır. Bu inflyasiya zamanı qiymətlər faizlə yox, dəfələrlə artır. Pulun alıcılıq qabiliyyəti demək olar ki, yox olur. Əhali ticarət əməliyyatlarını barter üsulu ilə həyata keçirir. İstehsal təşkil oluna bilmir, kəskin aşağı düşür, təklif azalır.

Hiperinfilyasiya zamanı bank sistemi dağılır, bazar mexanizmini, sahibkarlığı “iflic” edir.

Azərbaycanda İnflyasiya

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya 12,9% təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19% artıb. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir.

“Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir”, – deyə nazir qeyd edib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir