Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə
İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00
Deflyasiya, zamanla mal və xidmətlərin qiymətində baş verən azalmadır. Qiymətlərin azalması mal və xidmət satın alan insanlar üçün əla bir şey kimi görünsə də, deflyasiyanın əsl səbəbi tələbin azalmasıdır.
Deflyasiya həmçinin yaxınlaşan böhrana da işarə edir. Böhran əmək haqqının azalması, işsizliyi özü ilə bərabərində gətirməklə yanaşı, investisiya portfelinə də çox böyük ziyan vurur. Deflyasiya iqtisadi inkişafı ləngidir. Qiymətlər getdikcə azaldıqda insanlar alış-verişi dayandırırlar. Çünki, bir qədər də gözləyib, daha aşağı qiymətə satın alacaqlarına düşünürlər.
Bu, istehsalçılara qiymətləri daim aşağı salmaq və yeni məhsullar hazırlamaq üçün təzyiq göstərir. Bu vəziyyət çox istehlakçı üçün yaxşıdır. İşsizlik artdıqca mal və xidmətlərə olan tələbat da azalır. Qiymətlər düşdükcə şirkətlər tənəzzülə uğrayır. Daha çox insan işsiz qalır. Nəticədə iqtisadiyyatda çöküş yaşanır.