Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Qısa idxal bəyannəməsi haqqında

AR-nın Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018- ci il tarixli dəyişikliyə əsasən malların gömrük ərazisinə gətirilməzdən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir.

Bu qayda fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan (qeyri-kommersiya) mallarının gömrük sərhədindən keçirilməsi hallarına şamil edilməyəcək.

Bəyannaməçi tərəfindən qısa idxal bəyannaməsinin verilməməsi onun inzibati məsuliyyətinə səbəb olacaqdır. Lakin inzibati məsuliyyətə cəlb edilməsi, sözügedən malların gömrük rəsmiləşdirilməsinin və buraxılışının həyata keçirilməsinə mane olmayacaqdır.

Qısa idxal bəyannaməsinin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bəyannaməçi tərəfindən qısa idxal bəyannaməsinin verilməməsinə görə inzibati məsuliyyət “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunub.

Məcəlləyə edilmiş dəyişikliyə əsasən, AR-nın Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 (bir min) manat məbləğində, hüquqi şəxslər isə 1500 (bir min beş yüz) manat məbləğində cərimə ediləcək.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir