Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Denominasiya nədir və Azərbaycanda pul denominasiyası

Denominasiya nədir?

Denominasiya — köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir.

Mal və xidmətlərin qiymətləri, tariflər, əməkhaqqı, pensiyalar, təqaüdlər, idarə və müəssisələrin balanslarında, bank hesablarında olan pul vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır.

Azərbaycanda pul denominasiyası

1992-1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub, yəni hər iki valyutadan istifadə edilib. Həmin illərdə manat sürətlə ucuzlaşırdı. Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4182 manata qalxıb.

2005-ci ildə manat denominasiya edildi, yəni 1 yeni Azərbaycan manatı 5000 köhnə manata bərabər tutuldu. Dollar isə 0.78 AZN səviyyəsində idi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir