Ünvan
H.Əliyev pr.152A, Çinar Plaza, 20-ci mərtəbə

İş saatları
Bazar ertəsi - Cümə: 09:00– 18:00

Müştəri yönümlü maliyyə xidmətləri və həlləri

Hədəfimiz maliyyə xidmətləri sektorunda göstərdiyimiz xidmət keyfiyyəti ilə fərq yaratmaqdır. Bu istiqamətdə bizimlə birlikdə tərəfdaş olacaq və dəyər yaradacaq şirkətlərlə əməkdaşlıq etməkdə maraqlıyıq.

Bizim Haqqımızda

“Ağ Finans” 2020-ci ildə qurulmuş maliyyə xidmətləri şirkətidir. Bu çərçivədə sektorla bağlı sahib olduğumuz təcrübəni istifadə etməklə peşəkar işçi heyəti və anlayışımızla birlikdə müştəri gözləntilərinin qarşılanmasına yönəlik xidmət, müştərilərimizin bu sahədəki problemlərinin həlli və bazardakı fürsətlərdən yararlanmaları üçün maliyyə, vergi, insan resursları, marketinq və digər sahələrdə xüsusiləşdirilmiş xidmətlər təqdim etməkdəyik.

Müştərilərin məmnuniyyəti

Müştərilərin məmnuniyyətinə onların problemlərinin həll olunmasında iştirak etmək və işlərini tam şəkildə yerinə yetirmək ilə nail olmaq olar.

Dürüstlük və verə biləcəyimiz əminlik

Biz işimizi açıq, şəffaf və əminlik yarada biləcək şəkildə görürük ki, müştərilərimiz mümkün qaranlıq məqamlarla üzləşməsinlər.

Hər kəsə qarşı məsuliyyət

Göstərdiyimiz xidmətin səviyyəsinin yüksək olması, müştərilərimizin problemli məqamlarla üzləşməməsi və onların iş konfidensiallığının qorunması məqsədi ilə biz işimizi dəqiq və məsuliyyətlə icra edirik.

Missiyamız

Biz müştəri yönümlü maliyyə menecmenti xidmətləri göstəririk və sahibkarların biznes idarəetməsində qarşılaşdıqları problemli məqamların effektiv həllərini təqdim edirik.

Vizyonumuz

Vizyonumuz ölkəmizdə qurulmaqda olan şəffaf və effektiv maliyyə-mühasibatlıq sisteminin vacib hissəsi olmaq, bu sahədə peşəkar bilik və bacarıqların öyrənildiyi və praktiki olaraq tətbiq edildiyi unikal beyin mərkəzinə çevrilməkdir.

Play Video

Vergilər məcəlləsinə edilmiş mühüm dəyişiklik. Sahibkarların diqqətinə!

Play Video

Təsisçi və direktor arasındakı fərq nədir?

Play Video

Ümumi Daxili Məhsul və Ümumi Milli Məhsul arasındakı fərq

Müştərilərimiz bizim haqqımızda nə deyir?

Müştərilər tərəfindən əldə edilmiş müsbət rəylər yüksək səviyyəli xidmət göstərməyimizin ən yaxşı sübutudur.

Məmnunluq hissi ilə bildirmək istərdim ki, hələ "Jameel Group" fəaliyyətə başlamazdan öncə "Ağ Finans" haqqında məlumatlı idik. "Ağ Finans" barədə əvvəlcədən bildiyimiz müsbət rəylərə əsaslanıb vergi bələdçisi kimi məhz bu şirkəti seçdik və əlbəttə ki, yanılmadıq.
Emin Hacıyev
"Jameel Group", direktor
Yüksək məsuliyyət və peşəkar təcrübə - "Ağ Finans" şirkəti bu müsbət sözlərlə təsvir edilə bilər. Bizi cəlb edən işçilərin operativliyidir, eyni zamanda "Ağ Finans" əməkdaşlarının müştərilərə yardım etmək üçün səy göstərmələri onları daha da üstün edir.
Taleh Nəsibov
"Azfar Group", baş direktor
İşgüzar həyatda qarşınıza çıxan çətinlikləri uğurla keçməyə sənə kömək edən şirkət varsa, bil ki, dost qazandın. "Ağ Finans" şirkətini məhz bu növ müəssisələrə aid etmək olar. Lozunq "Sürətli və dəqiq" özünü doğruldur - məsələləri tez bir zamanda həll edən "Ağ Finans" şirkəti işimizi çox rahatladır.
Azər Aslanov
"Gate Baku Express", direktor

BİZƏ MÜRACİƏT EDİN

Hədəfimiz göstərilən xidmət keyfiyyəti ilə sektorda tanıtım və etibarlılıq qazanmaqdır.